“ Sağlam məktəbli necə olmalıdır ? ”

Məktəbimizin Ic sinfində “ Sağlam məktəbli necə olmalıdır?” mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə qida təhlükəsizliyi vərdişlərinin aşılanması, sağlam və düzgün qidalanma haqqında onların maarifləndirilməsindən ibarət oldu. Tədbirin əvvəlində sinif rəhbəri Səfərəliyeva Aynur çıxış edərək sağlam qidalanma, süd və süd məhsullarının faydaları, eləcə də insan orqanizmində fəsad yarada biləcək qidalar haqqında geniş məlumat verdi. Tədbirin davamında mövzu ilə əlaqəli maarifləndirici videoçarx nümayiş etdirildi. Sonda şagirdlərin mövzu ilə əlaqəli çəkdikləri rəsmlər nümayiş etdirildi, şagirdlərin sualları cavablandırıldı.