Beynəlxalq qiymətləndirmə

2023-cü ilin aprel-iyun aylarında ölkəmizin IV və VIII sinif şagirdləri riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqat – TİMSS 2023-ün, həmçinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı–ICILS 2023-ün əsas mərhələsi çərçivəsində məktəbimizin IV və VIII siniflərində beynəlxalq qiymətləndirmə keçirildi. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdlərin nəticələri əsasında təlim və tədrisin təkmilləşdirilməsi istiqamətində məlumat toplamaq, beynəlxalq müqayisələr aparmaqdan ibarət oldu.