İnsan hüquqları

Məktəbimizin IX b sinfində “İnsan hüquqları aylığı” ilə əlaqədar “ Dövlətim hüquqlarımı qoruyur” mövzusunda söhbət aparıldı. Sinif rəhbəri çıxış edərək bildirdi ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Onlar dövlət tərəfindən müdafiə olunur. Sonra sinif rəhbəri ölkəmizdə bu sahədə həyata keçirilən mühüm işlərdən bəhs etdi. Şagirdlər də insan hüquqları barəsində ətraflı məruzələr səsləndirdilər. Onların çıxışlarında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi, eyni zamanda dünyada və ölkəmizdə hüquq və azadlıqların qorunması istiqamətində aparılan məqsədyönlü işlər barəsində məlumatlar öz əksini tapdı.