Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hərbi idman oyunları

Məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hərbi idman oyunları keçirildi. Bu oyunların keçirilməsinin əsas məqsədi böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunması, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etmək idi. Yarışa hər sinifdən 2 oğlan və 2 qız olmaqla 4 nəfər cəlb olundu. 2 mərhələdən ibarət olan oyunda şagirdlər qaçaraq öz məharətlərini nümayiş etdirdilər, güc çalışmalarını icra etdilər. Sonda qaliblər müəyyənləşdirildi və onlara diplomlar təqdim edildi.