Uşaqlar dünyanın sevincidir

Məktəbimizdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirildi. VIIIç sinif şagirdlərinin iştirakı ilə hazırlanan bayram şənliyində öncə sinif rəhbəri tədbirə toplaşan uşaqları salamladı və onları bu özəl gün münasibəti ilə təbrik etdi. O qeyd etdi ki, hamımız çalışırıq ki,övladlarımız bilik, savad almaqla yanaşı, həm də mənəvi-əxlaqi dəyərlərə sahib olsunlar. Həyatda layiqli yer tutaraq ölkəmizin inkişafına töhfə versinlər. Sinif rəhbərinin çıxışından sonra şagirdlər maraqlı konsert proqramı nümayiş etdirdilər. Uşaqların ifasında səslənən şeirlər, şux mahnılar, əlvan rəqslər, rəngarəng səhnəciklər tədbir iştirakçılarında xoş duyğular oyatdı.