1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü
Məktəbimizdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxışları ilə maraq yaradan şagirdlər qeyd etdilər ki, tarix boyu hər bir dövlət uşaqların qayğısına qalmağı özünə ən mühüm vəzifə hesab edir. Azərbaycan dövləti də bu məsələyə qayğı ilə yanaşır. Tədbirdə Ulu öndər Heydər Əliyevin uşaqlar haqqında söylədiyi kəlamlar da səsləndirildi. Məktəblilər by günə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonda tərbiyə işləri üzrə direktor müavini Oktay Musayev çıxış edərək uşaqları bayram münasibətinə təbrik etdi, gözəl, maraqlı, əyləncəli çıxışlarına görə onlara öz təşəkkürünü bildirdi.