Yollarda təhlükəsiz davranışı öyrənək

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi” layihəsi ilə əlaqədar olaraq məktəblərdə müxtəlif tədbirlər həyata keçirilir. Məktəbimizdə də yol hərəkəti qaydaları haqqında şagirdlərlə tez-tez maarifləndirici söhbətlər aparılır. Bu dəfə də məktəbimizin IV a sinfində “Yollarda təhlükəsiz davranış öyrənək” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən sinif rəhbəri insanların həyatında yolda düzgün hərəkət və təhlükəsizlik qaydalarına yiyələnməyin önəmini qeyd etdi. Müxtəlif yol nişanları nümayiş etdirildi və şagirdlər tərəfindən bəzi yol hərəkəti nişanları düzəldildi. Bu nişanların əhəmiyyəti və onlardan düzgün istifadə haqqında məlumat verildi. Sonda mövzu ilə əlaqəli şagirdlərin sualları cavablandırıldı.