Düzgün peşə seçimi
Şagirdlərdə düzgün peşə seçimi bacarıqları formalaşdırmaq məqsədilə müəllimlərlə məktəbin peşəyönümü koordinatoru Sevda Abdullayeva tərəfindən " Düzgün peşə seçimi " adlı maarifləndirici söhbət aparıldı. Söhbətdə müəllimlərin diqqətinə çatdırıldı ki, şagirdlərin peşə seçimində onlara düzgün istiqamət verilməli, maraq və meyilləri nəzərə alınmalı, onların cəmiyyətə xeyir verəcək səmərəli fəaliyyətə yönləndirilməsinə dəstək verilməlidir.