“İnsan hüquqlarına və azadlıqlarına hörmətin aşılanması”
Məktəbimizdə 6c sinfində “İnsan hüquqlarına və azadlıqlarına hörmətin aşılanması” mövzusunda tədbir keçirildi. Şagirdlərə tədbirin əvvəlində mövzuyla bağlı video-rolik göstərilmişdir.Sinif rəhbəri çıxış edərək, şagirdlərə hüquq və azadlıqların insanlar üçün əhəmiyyətindən bəhs etmişdir. Şagirdlər də öz növbəsində insan hüquqları barəsində fikirlərini söyləmiş və birlikdə müzakirə aparmışlar.