Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat yarışı

18.05.2023 – cü il tarixində məktəbimizdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat yarışı keçirildi. Yarışın keçirilməsinin əsas məqsədi məktəbdə şahmatın təbliği və inkişafı, istedadlı şahmatçıların üzə çıxarılması, təhsilalanların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Yarış V-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib. Sonda VII a sinif şagirdi Məmmədli Ramal I yerə, VIII a sinif şagirdi Muradlı Arif II yerə, VIII c sinif şagirdi Səlimov Nurlan III yerə layiq görülüb. Qaliblər rəhbərlik tərəfindən diplomla mükafatlandırılıblar.