“Zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi” mövzusunda açıq dərs

18.05.2023-cü il tarixində məktəbimizdə Xa sinif şagirdlərinin iştirakı ilə Çağırışaqədərki hazırlıq fənnindən açıq dərs təşkil olundu. Açıq dərsin mövzusu “ Zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi” idi. Şagirdlərə sınıqlar zamanı praktiki olaraq yardım qaydaları, təhlükəli ərazidən çıxarılma və ilk yardımın göstərilməsi məşq etdirildi. Şagirdlər müəllimin köməyi ilə şinanın qoyulmasını,sarğı qaydalarını göstərdilər. Dərs zamanı ilk tibbi yardımın göstərilmə qaydaları və onları tətbiq etmək bacarıqlarının nə qədər vacib olduğu şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi