Beynəlxalq Muzeylər Günü

17.05.2023-cü il tarixdə Beynəlxalq Muzeylər Günü münasibətilə şagirdlərlə söhbət aparıldı. Söhbət zamanı vurğulandı ki, 18 May Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur və bu bayramın keçirilməsində əsas məqsəd xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafını təmin etməkdir. Şagirdlərə Azərbaycanda fəaliyyət göstərən muzeylər və muzeylərin cəmiyyətin həyatında rolu haqqında ətraflı məlumat verildi. Sonda məktəbimizdə fəaliyyət göstərən muzeyə baxış keçirildi. Muzeydə sərgilənən eksponatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi