Milli-mənəvi dəyərlərimizi əks etdirən tamaşa

 Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında qədim milli-mənəvi dəyərləri ilə tanınıblar. Xalqımız həssaslıqla yanaşdığı, təbliğ etdiyi milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Milli-mənəvi dəyərlərimizi qorumaq, şagirdləri bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək məqsədilə tamaşa hazırlandı. X a sinif şagirdlərinin iştirakı ilə dramaturq, böyük yazıçı, filosof M.F.Axundzadənin “ Hekayəti- Müsyö Jordan Həkimi- Nəbatat və Dərviş Məstəli Şah Caduküni-Məşhur” əsəri səhnələşdirildi. Əsərin səhnələşdirilməsinin digər əsas məqsədi isə şagirdlərin rollu oyunlara cəlb olunması, ədəbiyyatla incəsənətin vəhdətini aşılamaqdan ibarət olub. Əsərdə Şəhrəbanu obrazını M.Şövkət, Şahbaz bəy obrazını H.Amin, Şərəfnisə obrazını A.Leyla, Müsyo Jordan obrazını Ə.Süleyman,  Hatəmxan ağa obrazını M.Aydın, Məstəli şah obrazını isə M.Rəvan canlandırıb. Milli-mənəvi dəyərlərimizin əks olunduğu əsas səhnə Hatəmxan ağanın öz milli adət-ənənələrimiz ilə Müsyo Jordanın ölkəsinin adət-ənənələrini müqayisə etməsi oldu. Əsərin səhnələşdirilməsi izləyicilər tərəfindən çox böyük rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi