Milli idman oyunları

Milli idman oyunlarının təbliği və unudulmaması üçün məktəbimizdə müxtəlif oyunlar keçirildi. Qədim tarixə malik olan milli oyunlarımız şagirdlər tərəfindən maraqla qarşılandı. “Ənzəli”, “əl üstə kimin əli”, “Bənövşə”, “Dəsmalı ver” və sair oyunları uşaqlar hövəslə oynadılar. Milli oyunlar şagirdlərdə birlik və bərabərlik, dostluq kimi mənəvi prinsiplərin, humanist hisslərin aşılanmasına yardımçı oldu. Eyni zamanda oyunlar uşaqlarda aktivlik, liderlik, cəldlik, çeviklik kimi keyfiyyətlərin meydana gəlməsi baxımından böyük əhəmiyyət kəsb etdi.