İnsan alverinin cəlbetmə yolları və istismar formaları
İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Bu problemlə ən effektiv mübarizə üsulu isə ictimaiyyətin maariflənməsidir. Bu məqsədlə məktəbimizdə də bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 05.05.2023-cü il tarixdə məktəbimizin IX c sinfində “ İnsan alverinin cəlbetmə yolları və istismar formaları” mövzusunda sinif rəhbəri və uşaq birliyi rəhbərinin təşkilatçılığı ilə seminar keçirildi. Seminarda insan alverinin qarşısının alınması, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məğulluğunun təmin edilməsi, insan alverinin qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil olunması ilə bağlı şagirdlərə məlumat verildi və fikir mübadiləsi aparıldı.