Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023 cü il tarixli 3-29-59/3-2-123 F /2023 nömrəli əmrinə əsasən “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində 05.05.2023-cü il tarixində məktəbimizin tarix müəllimləri Məlahət Osmanova və Hüsniyyə Xancanovanın iştirakı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda IX-XI sinif şagirdləri üçün mühazirə dərs təşkil olundu. Tarix müəllimi H.Xancanova “Heydər Əliyev irsi, müstəqil dövlət və müasirlik” mövzusunda məruzə etdi. Öz istedadı və tədqiqatçılıq qabiliyyəti ilə fərqlənən IX- XI sinif şagirdləri “Heydər Əliyev dünya miqyasında tanınmış siyasi liderdir”, “ Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev irsində milli-mənəvi dəyərlərimiz”, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında referat və məruzələrlə çıxış etdilər. Xa sinif şagirdi A. Musayevin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti-Şuşa” mövzusunda məruzəsi iştirakçılarda xoş təəssürat yaratdı. Təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi M.Osmanova şagirdlərin milli - mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasında, dəyərlərin qorunub saxlanılmasında Ümummilli liderimiz, əbədiyaşar Ulu Öndər Heydər Əliyev irsinin əvəzsiz rolundan danışaraq məruzəçilərə öz təşəkkürünü bildirdi.