Məktəbdə sanitar-gigiyena norma və qaydalarının qidalanmada rolu

“Məktəbdə sanitar-gigiyena norma və qaydalarının qidalanmada rolu” adlı maarifləndirici tədbir təşkil edildi. Məktəbin biologiya müəllimi Xanım  Əliyeva  şagirdlərə məktəbdə əməl etməli olduqları sanitar - gigiyena qaydaları haqqında məlumat verib  bu normaların vacib əhəmiyyətini vurğuladı. Tədbirin davamında isə şagirdlərin məktəbdə sağlam qidalanması üçün yeməkdən öncə və sonra əllərin təmizliyinə diqqət yetirilməsinin vacibliyi, faydalı dərs şəraiti üçün otaq havasının tez-tez dəyişilməsinin önəmi, şagirdlərin istifadə etdikləri dərs vəsaitlərinin, çantalarının, məktəbli formalarının təmiz saxlanılmasının əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verdi. Həmçinin sanitar - gigiyena tədbirlərinin məktəbli üçün yalnızca məktəbdə deyil, eləcə də gündəlik həyatında da əhəmiyyət daşıdığı qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi