Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən V-IX sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsinin əsas məqsədi Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, bu irsə marağın daha da artırılması, eyni zamanda şagirdlərin nitq mədəniyyətini formalaşdırmaq, onların istedadlarını üzə çıxarmaqdan ibarət olub. Müsabiqədə 20 şagird iştirak edib. Müsabiqənin nəticələrinə görə VIç və VIIc sinif şagirdləri fərqlənərək I və II yerə layiq görülüblər. Fərqlənən şagirdlər hədiyyələrlə mükafatlandırılıb.