Ailəm və məktəbim

04.05.2023-cü il tarixində məktəbimizin kitabxanasında VI sinif şagirdlərinin və onların valideynlərinin birgə iştirakı ilə “Ailəm və məktəbim” layihəsinə əsasən kitab müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə məktəbin kitabxana müdiri G.Mirzəyeva açdı. O, məktəb kitabxanasının fəaliyyətindən, kitabxana xətti ilə şagirdlər arasında aparılmış işlərdən bəhs etdi. Valideynlərin bu görüşdə bilavasitə iştirak etməsini yüksək dəyərləndirərək, milli-mənəvi dəyərlərimizin aşılanmasında ailə tərbiyəsinin və mütaliənin böyük rolu olduğunu xüsusi qeyd etdi. Görüşün iştirakçıları bədii qiraətin, mütaliənin faydaları ilə bağlı fikir mübadiləsi etdilər. Kitabxananın fəal üzvləri olan şagirdlər oxuduqları bədii əsərlərdən nümunələr söylədilər, iştirakçılar şagirdlərin çıxışlarını diqqətlə dinləyərək öz fikirlərini bildirdilər. Görüşün sonunda bütün iştirakçıların yekun sözü ondan ibarət oldu ki, valideyn tərbiyəsində, pedaqoji təlim-tərbiyə prosesində kitab, mütaliə əvəzsiz rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi