Erkən və qohumlararası nikahın fəsadları
Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də erkən və qohumlararası nikah doğurduğu fəsadlara, cəmiyyətə vurduğu ziyana görə aktual problemlərdən hesab olunur. Bu problemlərdən yeganə çıxış yolu isə cəmiyyətin maariflənməsidir. Bu məqsədlə məktəbimizin X sinfinin valideynləri ilə görüş keçirildi. Görüşdə erkən evliliklərin bir sıra problemlərə - doğulan körpələrdə nəsildə gizli olan xəstəliklərin üzə çıxması, erkən nikahların uğursuzluqları və.s səbəb olduğu vurğulandı. Xüsusilə qeyd olundu ki, bu kimi halların baş verməsində əsas məsuliyyət valideynin üzərinə düşür. Hər bir valideynin övladına verə biləcəyi ən gözəl nemət ona verdiyi təhsildir. Ancaq təəssüflər olsun ki, bəzi valideynlər övladlarına, xüsusilə də, qızlara təhsil vermək əvəzinə onların erkən ailə qurmasına şərait yaradırlar. Bu isə gələcəyimizin məhvinə səbəb olur. Sonda “Erkən nikah və qohumlararası nikahın fəsadları” mövzusunda maarifləndirici videoçarx nümayiş olundu.