Biz Heydər babanın nəvələriyik

Məktəbimizin 2-ci sinif müəllimləri Natavan Cəlilova və Məxrub Əskərovanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Biz Heydər babanın nəvələriyik” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Aparıcılar XX əsrin görkəmli şəxsiyyəti, Azərbaycanın xilaskarı Heydər Əlirza oğlu Əliyevin fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Ulu öndərin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirildi. Azərbaycanın rəşadət, fədakarlıq, mərdlik, məğrurluq timsalı olan Heydər Əliyev haqqında şeirlər, mahnılar səsləndirildi. Ümummilli liderin həyatına həsr olunmuş səhnəcik tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Şagirdlər milli rəqsləri ilə tədbirə rəng qatdılar. Tədbir uzaqgörən siyasətçi Heydər Əliyevə həsr olunmuş mahnının səslənməsi ilə başa çatdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi