İnsan alverinin qarşısının alınması yolları
Məktəbin Xa sinif şagirdlərinin iştirakı ilə “ İnsan alverinin qarşısının alınması yolları” mövzusunda inşa yazı təşkil edildi. İnşa müsabiqəsində şagirdlər mövzunun aktuallığını önə çəkərək fikirlərini dolğun və ardıcıl şəkildə ifadə etdilər. Şagirdlər insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barəsində ətraflı məlumatları əks etdirdilər. Müsabiqənin sonunda məzmun, ideya –bədii xüsusiyyətləri ilə fərqlənən yazıların müəllifləri qalib elan olundular.