Bakı Zooparkında dərs-ekskursiya

19.04.2023-cü il tarixdə məktəbimizin 6-cı sinif şagirdləri üçün Bakı Zooparkına dərs-ekskursiya təşkil edilmişdir. Ekskursiyanın məqsədi "Heyvanlarda böyümə və inkişaf" mövzusu çərçivəsində şagirdləri heyvanların böyüməsi, onların müxtəlif yaş dövrləri və bu zaman baş verən inkişaf prosesləri ilə yaxından tanış etmək olmuşdur. Dərs-ekskursiya zamanı məktəbin biologiya müəllimi Əliyeva  Xanım  şagirdlərin müşahidə etdiyi heyvanların böyümə formaları, onların inkişaf tipləri ilə bağlı suallarla şagirdləri yönəltmiş, şagirdlər isə həm təbiətimizin, həm də bizim faunaya xas olmayan heyvanların maddələr mübadiləsi, böyümə mərhələləri, çoxalma formaları və inkişaf səviyyələri haqqında əyani müşahidələr əsasında yeni biliklər əldə etmişdirlər. Dərs-ekskursiyanın sonunda şagirdlərin ekskursiya ilə bağlı təəssüratları dinlənilmiş və bu mövzuda esse hazırlamaları tapşırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi