Mən övladıma da seçdiyim peşəni məsləhət görürəm
Düzgün peşə seçimi insanın həyatda uğur qazanması yolunda ən vacib amillərdəndi. Peşə seçərkən əsas meyarlardan biri maraqdır, çünki maraq insana yaxşı mütəxəssis olmaq üçün təkan verən amillərdən hesab olunur. Şagirdləri və valideynləri bu istiqamətdə maarifləndirmək məqsədi ilə məktəbimizin IX c sinfində valideynlərlə görüş təşkil olundu. Görüşdə “Mən övladıma da seçdiyim peşəni məsləhət görürəm” mövzusunda valideynlərlə fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bəzi şagirdlər peşə seçimində çətinlik çəkir və valideynlərindən nümunə götürürlər. Bu səbəbdən də valideynlər övladının peşə seçiminə həssas yanaşmalı və ilk növbədə onun mövcud potensialını nəzərə almalıdır. Qarşılıqlı mükalimələrlə davam edən görüşdə sinif rəhbəri Rəhimova Aysel bu cür maarifləndirici görüşlərin şagirdlərin peşə seçimində əhəmiyyətli rol oynayacağını vurğuladı.