“ Mən öz gələcəyimi seçirəm” adlı maarifləndirici söhbət
Məktəbin VII ç sinfinin sinif rəhbəri Cavadzadə Nahidə sinfin şagirdləri ilə “ Mən öz gələcəyimi seçirəm” adlı maarifləndirici söhbət apardı. Söhbətin keçirilməsində məqsəd şagirdlər arasında narkomaniyaya qarşı maarifləndirmə işinin təşkili, antinarkotik dünyagörüşünün formalaşdırılması və sağlam həyat tərzinin təbliğidir. Söhbət zamanı narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü barədə təbliğatın aparılmasına dair materiallar nümayiş etdirildi. Sonda mövzu ilə bağlı müzakirələr aparıldı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.