Yeniyetmələrin peşə meyllərinin müəyyən edilməsi və koryera yönümlü işin təşkili
Peşə seçimi hər bir insanın həyatında verdiyi ən vacib qərarlardan biridir. “Mən bu peşəni seçirəm” demək, əslində, o öz gələcək həyat leytmotivini müəyyənləşdirir deməkdir. Bu məqsədlə məktəbimizin IX b sinif şagirdləri ilə müxtəlif peşələr ilə bağlı müzakirə təşkil olundu. Müzakirədə peşə seçiminə təsir edən, bioloji, sosioloji, psixoloji, iqtisadi və siyasi amillər təsnif edildi. Sinif rəhbəri şagirdlərə peşəyönümü işinin prinsipləri və müasir dövrün tələb etdiyi peşələr haqqında geniş məlumat verdi. Şagirdlərin peşə meyilləri araşdırıldı və onlar arasında diskussiya təşkil olundu. Şagirdlərə maraqlı gələn peşələr haqqında , onların iş şəraiti, iş şərtləri, tələb olunan keyfiyyətlər, iş perspektivləri haqqında fikir mübadiləsi aparıldı.