Reproduktiv sağlamlığa dair görüş
Məktəbimizdə IX b sinfinin valideynləri ilə maarifləndirici söhbət aparıldı. Söhbətin aparılmasında məqsəd qız övladları olan valideynlərin məlumatlandırılması idi. Yeniyetmə qızların davranış qaydaları, onların cəmiyyətdə nüfuzuna xələl gətirilməsi, təhsildən uzaqlaşdırılması, müxtəlif təzyiqlərə məruz qalması kimi məsələlər müzakirə edildi, valideynlərə tövsiyələr verildi. Qız analarının öz övladları ilə necə münasibət qurduqları haqqında müzakirə aparıldı, həmçinin qızların şəxsi gigyenası mövzusuna da toxunuldu.