Narkomaniyaya “yox” deyək
Məktəbdə “Zərərli vərdişlərə birlikdə yox deyək” layihəsinə əsasən Norkomaniyaya birlikdə “yox” deyək mövzusunda tədbir keçirildi. Tədbirdə narkomaniyanın cəmiyyətimizə vurduğu ziyandan danışıldı. Qeyd edildi ki, “ağ ölüm” adlanan narkomaniya sağlam gələcək anlayışını yox olmaq təhlükəsi ilə üzləşdirir. Sağlam ruhlu gəncliyin məhv olmasına səbəb olur və insanlığı cinayətə sürükləyir. Buna görə də bu yolda mübarizə aparmaq, narkomaniyaya “yox” demək hər bir sağlam düşüncəli insanın həyat devizi olmalıdır.