Azərbaycan abidələrinə aid diskussiya
07.04.2023-cü il tarixində məktəbin VIII a sinif şagirdlərinin iştirakı ilə diskussiya keçirildi. Diskussiyanın mövzusu “Azərbaycanın tarixi abidələri” dir. 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı təşkil edilən diskussiyada mövzu ilə bağlı müzakirələr aparıldı. Qeyd olundu ki, tarix və mədəniyyət abidələri xalqımızın bu regionda mövcudluğunun daş pasportları, milli kimliyimizdir. Bu abidələri keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdı. Sonda mövzu ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olundu.