Reproduktiv sağlamlıq

Məktəbimizdə IX a sinfinin valideynləri ilə maarifləndirici söhbət aparıldı. Söhbətin aparılmasında məqsəd gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi, eyni zamanda erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair valideynləri məlumatlandırmaqdan ibarət idi. Söhbət zamanı mövzu ilə əlaqədar vacib məsələlərə toxunuldu. IX a sinfinin sinif rəhbəri geniş çıxış edərək zorla təhsildən uzaqlaşdırılıb müxtəlif təzyiqlərə məruz qalan qızların psixoloji sağlamlığına vurulan zərbələri xüsusilə qeyd etdi. Söhbətin yekununda valideynlərə müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi