Dama yarışının qalibiyik

“Heydər Əliyev ili” nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunan yarışlarda, müsabiqələrdə təkcə məktəbimizin şagirdləri deyil, eyni zamanda müəllimlər də yüksək fəallıqla iştirak edirlər. 28.03.2023- cü il tarixdə Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Dama yarışında da məktəbimizin İngilis dili müəllimi Leyla Əliyeva növbəti uğura imza atdı. Xəzər rayon müəllimlərindən ibarət olan yarışda böyük səy və bacarıq nümayiş etdirən müəlliməmiz yarışı qalibiyyətlə başa vurdu. II yerə layiq görülərək diplomla təltif olunan Leyla müəllimi bu qələbəsi münasibətilə təbrik edir, ona daha böyük müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi