Gənclər arasında sağlam həyat tərzinin təbliği
Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında gigiyena və sağlamlıq qaydalarına əməl etməyin faydaları; düzgün qidalanma və yuxu rejiminin vacibliyi; zərərli vərdişlərdən qorunma yolları; yolxucu xəstəliklər və onlardan qorunma yolları ilə şagirdlərimizi tanış etməkdən ibarət idi. Qarşılıqlı müzakirə əsasında baş tutan tədbirdə gənclər mözu ilə bağlı onları maraqlandıran bir sıra suallara cavab tapmış oldular. Gənclərimiz sağlamlıq üçün qida qəbulunun günün müəyyən saatlarında zəngin tərkibdə istifadəsinin faydaları ilə tanış oldular. Düzgün yuxu normasının insan sağlamlığı üçün əvəzedilməz faydası haqqında mlumat əldə etmiş oldular. Qlobal xarakter alan zərərli vərdişlərə qarşı güclü iradə nümayiş etdirərək sağlam gəncliyin formalaşmasında gərəkli olan amillərlə tanış oldular. Yolxucu xəstəliklər və onlardan müdafiə olunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi ilə yenidən tanış oldular. Bu maarifləndirici tədbir həm gənclərin sağlamlığı həm də onların şəxsi inkişaf üçün vacib əhəmiyyət daşıyacaqdır.