Gənclər arasında ailə dəyərlərinin təbliği
16.03.2023 tarixində ailə dəyərlərinin təbliği və ailə institutlarının inkişafına dair maarifləndirmə tədbiri təşkil olundu. Tədbirin təşkilinin əsas məqsədi gənclərimizə ailə dəyərlərinin önəmini vurğulamaq, erkən nikahlara yox deyərək məişət zorakılığından qorunmaq, ailə institutlarının mahiyyətini vurğulamaqdan ibarət idi. Ailə dəyərlərimizi yeniyetmə və gənclər arasında təbliğ etmək bu günün ən vacib məsələlərindən biridir. Çünki müasir dövrün gənci əvvəlkilərdən düşüncəsi, maraq dairəsinə görə çox fərqlənir. Ailə institutu isə kiçik cəmiyyətlərdə hər övladın şəxsiyyət, vətəndaş kimi yetişməsində aparıcı rola sahibdir. Ailə həmçinin sosial münasibətlərin nizamlandığı əsas mühitdir. Ailə nikah münasibətlərinin də tənzimləndiyi əsas rol modelidir. Bu kimi maarifləndici söhbətlər gənclər arasında böyük-kiçik münasibətlərinin tənzimlənməsində, fikrini müstəqil ifadə etməkdə və digərlərinin düşüncələrinə hörmətlə yanaşmaqda, müasirləşən dünyanın qlobal problemləri ilə mübarizə aparmaqda onlara böyük dəstək vermiş olacaqdır.