İdman həftəsinin yekunu
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 27 fevral-3 mart tarixlərində məktəbimizdə idman həftəsi təşkil olunmuşdur. Tərtib olunmuş proqrama uyğun olaraq həftə ərzində “ Ən sürətli şagird” qaçış yarışı, VII- VIII sinif şagirdləri arasında idman viktorinası, XI siniflər arasında basketbol yarışı, X- XI siniflər arasında qol güləşi yarışı keçirildi. İdman həftəsi çərçivəsində keçirilən tədbirlərin yekunu olaraq qaliblərin mükafatlandırılması mərasimi təşkil olundu. Mükafatlandırılma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Mərasimi giriş sözü ilə məktəbin fiziki tərbiyə müəllimi Xaqani Mirzəyev açdı. O, idman həftəsinin keçirilməsinin əhəmiyyəti və qalib gələn şagirdlərin nailiyyətləri haqqında məlumat verdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova və fiziki tərbiyə müəllimləri müəyyən olunmuş nominasiyalar üzrə qalib şagirdlərə fəxri fərmanlar təqdim etdilər.