Azərbaycanın rəngarəng təbiəti

 Məktəbimizdə şagirdlərin maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bunlardan biri də 7ç sinif şagirdlərinin iştirakı ilə keçirilən seminardır. Seminarın mövzusu “Azərbaycanın rəngarəng təbiəti” dir. Seminarda Coğrafiya müəllimi Cavadzadə   Nahidə  çıxış edərək Azərbaycanın təbiəti haqqında şagirdlərə ətraflı məlumat verdi. O, qeyd etdi ki, vətənimizin təbiəti çox gözəl və rəngarəngdir. Azərbaycanda başıqarlı dağlar, geniş yaşıl düzənliklər var. Ölkəmiz təbii ehtiyyatlarla zəngindir. Azərbaycanda Yer kürəsində mövcud olan 11 iqlim tipindən 9-u vardır. Seminarda 7ç sinif şagirdləri də böyük ruh yüksəkliyi ilə çıxış etdilər. Seminarın sonunda mövzu ilə bağlı videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi