1 mart Ümumdünya Mülki Müdafiə Günü
01.03.2023-cü il tarixində məktəbimizdə keçirilən “1 mart Ümumdünya Mülki Müdafiə Günü” Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən müəyyən olunan “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusuna həsr edildi. Məktəbin Çağrışaqədərki hazırlıq müəllimi, hərbi rəhbər Elşən İsmayılov, təlim - tərbiyə işləri üzrə direktor müavini, MM Qərargahının rəisi Məlahət Osmanova mövzu ilə əlaqədar X- XI sinif şagirdlərinə ətraflı məlumat verdilər. Onlar günümüz üçün aktual olan təbii fəlakətlərin baş verdiyi bir vaxtda informasiya texnologiyalarının rolunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Şagirdlərin daha ətraflı mənimsəməsi üçün mövzuya aid videoçarx nümayiş olundu. Məktəbin ərazisində yanğınsöndürmə vasitələrindən istifadə, kütləvi qırğın silahlarından mühafizə vasitələrindən istifadə, qəza zonasından yaralının təxliyəsi həyata keçirildi. II, V, VI və VIII siniflərdə şagirdlərə müasir texniki vasitələrlə baş verə biləcək qəzaların qabaqcadan məlumat verilməsi və qəza zamanı təyin olunmuş siqnallarla şəxsi heyətin fəaliyyətinin tənzimlənməsi barədə ətraflı izahat verildi.