“Ən sürətli şagird” adlı qaçış yarışı
Məktəbimizdə şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, bu sahədə kütləviliyin artırılması istiqamətində davamlı və məqsədyönlü işlər aparılır. 27.02.2023-cü il tarixdə keçirilən “ən sürətli şagird” adlı qaçış yarışı da bu məqsədlə təşkil edildi. Yarışda iştirak edən V-VII siniflər 30 metr, VIII-IX siniflər isə 60 metr məsafəyə qaçış üzrə mübarizəyə qoşuldular. Yarışın sonunda qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən “Fəxri Fərman”la mükafatlandırıldı. Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin formalaşdırılması baxımından yarış böyük əhəmiyyət kəsb etdi.