Xocalı faciəsindən 31 il ötür
Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı faciəsindən 31 il ötür. Bu münasibətlə 24 fevral 2023-cü il tarixində V-XI sinif şagirdlərinin iştirakı ilə məktəbimizdə tədbir təşkil edildi. Tədbirdə iştirakçılara 1992-ci ilin fevralın 26-da erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində genosid aktının həyata keçirildiyi barədə ətraflı məlumat verildi. Məruzələrdə qeyd olundu ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakin amansız işgəncələrə məruz qalmış, 1275 nəfər isə əsir götürülmüşdür. Geniş çıxışlarla yanaşı, tədbirdə Xocalı dəhşətlərini əks etdirən videoçarxlar da nümayiş olundu. Şagirdlərin hazırladıqları təqdimatlar iştirakçılara dərin kədər və hüzn yaşatdı.