Xocalı soyqırımı – xalqa qarşı zorakılıq
24.02.2023-cü il tarixdə məktəbimizin ibtidai sinif müəllimləri “Xocalı soyqırımı – xalqa qarşı zorakılıq” adlı tədbir təşkil etdilər. Tədbirin əvvəlində azadlıq uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sinif müəllimləri “soyqırım” sözünün mənasını açıqlayaraq şagirdlərlə birlikdə müzakirə etdilər. 26 fevral 1992-ci ildə baş vermiş faciədə həlak olanlar, əsir düşənlər, yaralananlar barəsində şagirdlərə ətraflı məlumat verildi. I-IV sinifdə təhsil alan şagirdlər XX əsrin ən dəhşətli qətliamı hesab edilən Xocalı qırğınına həsr olunmuş şeirlər səsləndirdilər.