Tarixin soyqırımı zəncirində Xocalı faciəsi
Fevralın 24-də məktəbimizdə “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” na uyğun olaraq V-lX siniflərdə dərs məşğələləri bu mövzuya həsr Fənn müəllimləri, sinif rəhbərləri şagirdlərə uzaq keçmişimizdən bu günə qədər baş vermiş soyqırımların tarixindən danışdılar. Sonra şagirdlərin diqqəti Xocalı faciəsinə yönəldildi. Qeyd olundu ki, XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki, Sonqmi , Serebrenitsa kimi dəhşətli faciələr ilə bir sırada dayanır.
Şagirdlərimiz Ermənistan hərbi birləşmələrinin 1992-ci il fevralın 26-da Xocalı şəhərində həyata keçirdiyi genosid aktının faciəli nəticələri haqqında məlumat verdilər. Xalqımıza qarşı törədilən bu cinayət aktının qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Biz qan yaddaşımızda silinməz iz qoyan Xocalı soyqırımını heç vaxt unutmayacağıq.