Gənclər gələcəyimizin qurucusudur
01.02.2023-cü il tarixdə məktəbimizdə Gənclər Günü ilə əlaqədar “Gənclər gələcəyimizin qurucusudur” adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə kitabxana müdiri, kitabxanaçı, Uşaq Birliyi Rəhbəri və şagirdlər iştirak etdilər. Kitabxana müdiri G.Mirzəyeva çıxış edərək bu günün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xüsusilə vurğuladı ki, Ümummilli lider H.Əliyevin 1997-ci ildə imzaladığı sərəncama əsasən hər il fevralın 2-si Gənclər Günü kimi qeyd olunur. Tədbir şagirdlərin mövzu ilə əlaqəli hazırladıqları məruzələr təqdimatı ilə bitdi.