20 Yanvar faciəsinə həsr olunmuş sərgi
Yanvarın 19-da məktəbimizdə 20 Yanvar Ümumxalq Hüzn Gününün otuz üçünçü ildönümü münasibətilə rəsm sərgisi keçirildi. Sərgidə mətəbin təsviri incəsənət müəllimi Arəstə Məmmədli Azərbaycan xalqının tarixinə Qanlı 20 Yanvar faciəsi kimi daxil olmuş 1990 -cı il 20 Yanvar hadisələri haqqında şagirdlərə məlumat verdi və şəhidlərin ölməz olduğunu, onların xalqımızın xatirində əbədi yaşayacaqlarını söylədi. Daha sonra məktəbin foyesində Qanlı Yanvar faciəsinə, bu faciə zamanı vətənimizin bütövlüyü və azadlığı naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətənpərvər oğullarımızın xatirəsinə həsr olunan xüsusi güşələrə, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.