20 Yanvar faciəsi azadlıq nümunəsidir
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı məktəbin IX b sinfində mühazirə təşkil edildi.Sinif şagirdləri xalqımızın müstəqilliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sinif rəhbəri çıxış edərək 1990-cı ilin 20 Yanvar hadisələrinin istiqlal tariximizdə oynadığı mühüm roldan bəhs etdi.Mühazirələrdə qeyd edildi ki, 20 Yanvar günü müasir Azərbaycan tarixinə təkcə faciəli gün kimi deyil, həm də milli müstəqillik uğrunda yenilməz mübarizənin rəmzi kimi daxil olub.Qanlı yanvar qırğınına aid mühazirələr dinlənildikdən sonra tariximizə azadlıq salnaməsi kimi daxil olan hüznlü, eyni zamanda da qürurlu anları əks etdirən videoçarxlar nümayiş olundu.