Heydər Əliyev və Qanlı Yanvar
Məktəbimizdə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “ Heydər Əliyev və Qanlı Yanvar ” adlı tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə XI sinif şagirdləri, kitabxanaçı, Uşaq Birliyinin sədri, müəllimlər iştirak etdilər. Çıxış edənlər 1990 -cı il Yanvar ayının 20 - də baş verən terror aktının səbəblərini açıqladılar. Eyni zamanda qeyd etdilər ki, təhlükədən çəkinməyərək bu faciəyə ilk siyasi-hüquqi qiymət verən və ilk etiraz edən ulu öndər Heydər Əliyev olmuşdur. Tədbir 20 Yanvar faciəsini əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başa çatdı.