Peşəkarlıq yolunda

Məktəbimizdə BŞTİ -nin 31.10.2022-ci il tarixli F-360 nömrəli əmri ilə təsdiqlənmiş “Peşəkarlıq yolunda” layihəsi ilə bağlı silsilə tədbirlər davam etdirilir. Bu gün şagirdlərin düzgün ixtisas və peşə seçimi, uğurlu karyera barədə məlumatlandırılması məqsədilə 8 c sinfində   şagirdlərin müxtəlif fəaliyyət sahələrinə olan maraqlarının müəyyən olunması üçün anket sorğusu keçirildi. Sorğu-anketdə şagirdlərin müxtəlif peşə və fəaliyyət sahələri haqqında bilgilərinin səviyyəsi müəyyənləşdirildi. IX ç sinfində  isə  peşə təhsili ilə bağlı maarifləndirici söhbət və müzakirələr aparıldı.  Müasir dövrdə təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik,  bacarıq və səriştələrə yiyələnməsi üçün maarifləndirmə tədbirlərinin vacibliyi qeyd olundu.  Şagirdlərin maraq və  qabiliyyətlərinə  uyğun    ixtisas və peşə seçiminə yönəldilməsi istiqamətində  məktəbin,  fənn müəllimlərinin,   sinif rəhbərlərinin  və valideynlərin  üzərinə düşən vəzifələrdən bəhs olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi