“Təhsildən yayınma hallarına qarşı mübarizə” mövzusunda maarifləndirici görüş
Məktəbdə təlim - tərbiyə prosesinin təşkilində, şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsində, məktəbdə öyrənmə mühitinin düzgün qurulmasında davamiyyət mühüm yer tutur. Məktəbimizdə şagirdlərin dərsə davamiyyəti müntəzəm olaraq izlənilir. Təhsildən yayınma halları, demək olar ki, müşahidə olunmur. 13.12.2022-ci il tarixində məktəbin pedaqoji heyəti ilə keçirilən görüşdə şagirdlərin dərsə davamiyyəti məsələsi geniş şəkildə müzakirə olundu. Görüşdə qeyd olundu ki,təhsildən yayınma hallarına qarşı mübarizə aparmaq hər bir müəllimin birinci vəzifəsidir. Müzakirə zamanı müəllimlər dərsə davamiyyətin şagirdlərin təlim nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğuladılar. Görüş qarşılıqlı mükalimələrlə davam etdi.