Sağlamlığımız ekoloji biliklərdən çox asılıdır
Məktəbimizin VIIIC sinfində ekologiyaya həsr olunan tədbir keçirildi. Kimya müəlliminin təşkilatçılığı ilə hazırlanan tədbirdə əvvəlcə “Sağlamlığımız ekoloji biliklərdən çox asılıdır” başlığı altında məruzə dinlənildi. Çıxış edənlər bildirdilər ki, hər bir şəxs dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilir. Əgər biz həyatı qorumaq istəyiriksə, ekologiyanı mühafizə etməliyik. Tədbirdə ətraf mühiti çirkləndirən əsas faktorlar barəsində şagirdlər də ətraflı məlumat verdilər. Onlar “Təbiətə biganəlik dünyaya biganəlik deməkdir” fikrini əsas gətirərək mövzunun günümüz üçün nə qədər aktual olduğunu bir daha vurğuladılar.