Uşaqları zərərli informasiyadan qoruyaq

Məktəbimizin 7c sinfində “Uşaqları zərərli informasiyadan qoruyaq” adlı tədbir keçirildi. Fənn müəllimləri çıxış edərək informasiya texnologiyalarının artıq gündəlik həyatımızın tərkib hissəsinə çevrildiyini, lakin səmərəli istifadə olunmadıqda bir çox mənfi fəsadlar törədə biləcəyini qeyd etdilər. Şagirdlər də informasiya vasitələrinin onların həyatındakı rolu ilə bağlı fikirlərini bölüşdülər. Sonra texnologiyaların faydası və zərəri ilə əlaqədar maarifləndirici videoçarxlar nümayiş etdirildi. Hazırlanan videoçarxlar şagirdlərin mövzu haqqında biliklərinə əhəmiyyətli təsir göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi