Yeniyetmələrin peşə meyillərinin müəyyən edilməsi və karyera yönümlü işin təşkili
Məktəbimizin IXb sinif şagirdləri ilə müxtəlif peşələr və onların insanların həyatında rolu haqqında müzakirə təşkil olundu. Sinif rəhbəri çıxış edərək yeniyetmələrə peşə dünyasında layiqli seçim etmələrini, peşələrin vəzifələrinin öhdəsindən gəlmələri üçün, bacarıq və vərdişlər formalaşdırmalarını tövsiyə etdi. Şagirdlər öz maraq və meyilləri, gələcəkdə hansı karyeraya sahib olmaq istədikləri, hansı peşələrin müasir dövrümüzdə daha aktual olması barəsində fikirlərini bölüşdülər. Müzakirənin sonunda müxtəlif peşələrlə bağlı şagirdlərə maarifləndirici yönümdə video-roliklər təqdim edildi.