Heydər Əliyevin Anım Günü
Məktəbimizdə ümummilli lider, dahi siyasətçi, fenomen şəxsiyyət H.Ə.Əliyevin vəfatının növbəti ildönümü qeyd olundu. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz iştirakçılara verildi. Tədbirdə H.Əliyevin müdrikliyi, böyük siyasi xadim olması barəsində geniş məruzələr səsləndi, onun Azərbaycan xalqının bu günü və gələcəyi naminə həyata keçirdiyi yorulmaz fəaliyyətindən danışıldı. Çıxış edənlər bildirdilər ki, uzaqgörən siyasi lider H.Əliyevin dövlət idarəçiliyi sahəsində yaratdığı məktəb xalqımızın milli sərvəti olmaqla yanaşı, dünya siyasətçiləri üçün də örnək olaraq qaldı. Şagirdlərin ifasında səslənən şerlər, nümayiş olunan slaydlar milli liderin pak ruhunun xalqımız üçün hər zaman ümüd çırağı olacağına, sabahın məşəlinə çevriləcəyinə əbədi inam yaratdı.